Uşaqları zərərli informasiyalardan necə qoruyaq ? – Mütəxəssisdən izah
Fidan Həmişəyeva
09:27 18.09.2019
Gündəm
939
Azərbaycanda internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunacaq. Bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Məlumdur ki, bəzən informasiya ehtiyatlarında dərc olunan bəzi məlumatların uşaqlar arasında yayılması düzgün deyil. Dəfələrlə bununla bağlı xoşagəlməz hadisələr baş verib.
Azyaşlı uşaqların rastlaşdığı informasiyalar hətta onların həyatı üçün təhlükə mənbəyinə də çevrilib. Maraqlıdır, xəbərdarlıq mətnlərinin əksi nə dərəcədə effektiv ola bilər?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında bildirdi ki, uşaqların internetdə təhlükəsiz informasiyalarla rastlaşması aktual məsələdir.
Onun sözlərinə görə, bu problem bütün dünyada olub və inkişaf etmiş ölkələrin əksəriyyəti bunu həll edə bilər:
“Bəzi hallarda valideynin xəbəri olmadan uşaq internet və kompyuterdən istifadə edir. Bu zaman o arzuolunmayan informasiyaları ala bilər. Belə olduğu halda isə bu onun psixologiyasına, fiziki-mənəvi inkişafına düzgün təsir göstərmir. Problemin həllini ailənin, provayderin, hökümətin üzərinə atmaq düzgün olmazdı.
Çünki bu cəmiyyətin problemidir. Ona görə də cəmiyyətin bütün təbəqələri problemlə məşğul olmalıdır. Keçən il qanun qəbul olundu və bu il yanvarın 1-dən qüvvəyə minəcək. Həmin qanunda uşaqlarlarla əlaqəli olaraq televiziyalara məhdudiyyətlər qoyulacağı bildirilir. O cümlədən məhdudiyyətlər internetlə də əlaqəlidir.
İnternetlə əlaqəli görülən işlər belədir: provayderlər özlərində elə sistem qurmalıdırlar ki, evində internet olan valideyn provayderdən təmiz internet tələb edə bilsin. Yəni, valideynin çeşidlənmiş, zərərli informasiyalardan təmizlənmiş internet tələb etmək haqqı var. Həmin qanunla valideynlərə belə hüquq veriləcək. Ona görə də provayderlər belə sistemi qura biləcəklərsə, effektiv nəticələr ola bilər. Amma bu sistem müəyyən xərclər tələb edir. Belə sistem hazırda Təhsil Nazirliyində qurulub və “süzgəc sistemi” adlanır. İnformasiya təmizlənir və daha sonra məktəblərə zərərli informasiyalar göndərilmir”.
O.Gündüz qeyd edib ki, provayderlərin hər biri təhlükəsiz sistem quracaqsa, bu xeyli maliyyə tələb edəcək:
“İlk növbədə dövlət bu sahədə işlər görməli, maddi məsələlər həll olunmalıdır. Provayder özü xərc çəkərək sistemi qurub internetin qiymətini artıracaqsa, bu düzgün olmazdı. Hesab edirəm ki, provayderlər “süzgəc sistemi”ni özündə qurub validyenin arzusu ilə ona təhlükəsiz internet verə biləcəksə, məsələ həllini tapacaq.
Amma provayder bu cür süzgəci heç bir halda adi istifadəçilər üçün qura bilməz. Çünki bu senzura və insan hüquqlarının tapdalanmasıdır. Provayder ancaq valideynin arzusunu nəzərə alaraq fərdi şəkildə onlara xidmət göstərə bilər”,
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi