Uşaqpulu bərpa edilə bilər: Dövlətin buna gücü çatır
Fidan Həmişəyeva
10:31 30.08.2019
Gündəm
1103
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Facebook” səhifəsində uşaqpulu ilə bağlı paylaşım edib. Deputatın sözlərinə görə, oxucuların yazdıqlarından aydın olur ki, onları ən çox düşündürən pensiya və aylıq müavinətlərin artırılması, uşaqpulları ilə bağlı məsələlərdir.
S.Novruzov bildirib ki, hər bir Azərbaycan vətəndaşı firavan və xoşbəxt yaşamağa layiqdir:
“Cənab Prezidentin sosial sahədə həyata keçirdiyi siyasətin əsas qayəsi məhz budur. Bu siyasətin tam mərkəzində Azərbaycan insanı durur. Biz pensiya, aylıq müavinətlər və uşaq pulları ilə bağlı parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq. Çalışırıq ki, xüsusilə uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qarşılaya bilsin, eyni zamanda ailənin maddi yükünü azaltsın. Mən parlamentdə büdcə müzakirələri zamanı dəfələrlə təqaüdlərin və müavinətlərin, o cümlədən Qarabağ, Çernobl və Əfqanıstan müharibəsi veteranlarının müavinətlərinin artırılması məsələsinə toxunmuşam. Cənab Prezidentə bir daha təşəkkür edirik ki, bu təklifləri nəzərə alaraq 2019-cu ildə bu sahədə bir sıra sərəncamlar imzalayıb".
Ölkəmizdə uşaq pulunun bərpa edilməsi ilə bağlı Sherg.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, uşaq pulu və digər yardımlarla bağlı problemlər bir vasitə ilə bağlanmalıdır:
İqtisadçı qeyd edib ki, normal cəmiyyətdə hər bir insanın xərcləri müasir dövrün tələblərinə uyğun hesablanmalı və buna uyğun olaraq yardm və ya təqaüd verilməlidir:
“Amma bunun bir adı olmalıdır. Yoxsa ayrıca uşaq pulu, işıq pulu, yanacaq pulu və.s kimi məqamlar qeyd olunmamalıdır. Bu günkü dövrdə vətəndaşların gəliri ilə xərcləri arasında bir uçurum yaranır. Yəni, nə qədər maaş alırsan al, yenə də görürsən ki, həmin məbləğ çatmır”.
“Uşaqpulunun bərpa edilib-edilməyəcəyi” sualına gəlincə ekspert bildirdi ki, bu, dövlətin ixtiyarında olan bir məsələdir:
“Düşünürəm ki, hazırda dövlətin kifayət qədər gücü var ki, uşaqpulu bərpa edilsin. Bu məsələnin həlli üçün iqtisadi imkanlarımız da var. Ölkəmizdə uşaqpulundan başqa qlobal problemlər var idi, hansı ki, dövlət onu bir göz qırpımında həll etdi. Məsələn, problemli kreditləri və digər artımları qeyd etmək olar. Bu xərclərin qarşılığında uşaq pulu həll oluna biləcək bir problemdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm