Valideynlər, diqqət ! Uşaqlarda anemiya necə yaranır və nə etməli ? – Ətraflı İZAH
Fidan Həmişəyeva
12:30 09.09.2019
Gündəm
1674
Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli məlumat verib.
Onun sözlərinə görə, bu göstəricilər qadınlar arasında daha yüksəkdir:
“Qadınlar arasında dəmir çatışmazlığı 34,1, anemiya 38,2, hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb”.
Xəstəliyin ilkin göstəriciləri ilə bağlı “Sherg.az”a danışan həkim-pediatr Vaqif Qarayev bildirdi ki, qanın tərkibində hemoqlabin səviyyəsinin aşağı olması anemiya deməkdir.
Pediatr qeyd edib ki, anemiyanın yaranm səbəbləri çoxdur:
“Körpə uşaqlarda ilk ağıla gələn məqam dəmir çatışmazlığıdır. Dəmir orqanizmə normal şəkildə daxil olmayanda ciddi problemlər yarana bilər. Hemoqlabin orqanizmdə oksigenin daşıyıcısıdır. Ona görə də qanda fiziki baxımdan hemoqlabin az olanda deməli bədəndə də oksigen az olur. Xüsusilə uşaq orqanizmində bu göstəricilər daha tez nəzərə çarpır.
Anemiya xəstəliyi olan uşqlarda müxtəlif əlamətlər var. Bu xəstəlikdək əziyyət çəkənlər tez yorulur, süst və yuxulu, bəzən isə əsəbi olurlar. Məktəb yaşında olduqları zaman oxuya bilmirlər, yaddaş və intellektdə problemlər olur. Dəri rəngini itirir, saçlar tökülür və dişlərdə problemlər yaranır. Fol tuşusu və B12 çatışmazlığı olanlarda da anemiya xəstəlikləri ilə qarşılaşırlar”.
Həkimin sözlərinə görə, körpə vaxtlardan hər bir uşağın qanın ümumi analizini verilməsi vacibdir:
“Uşaq xəstə olmasa belə bu analizlərin verilməsi vacibdir. Qanın ümumi analizi zamanı həkim ilkin qərar verə bilər. Analizin cavablarında bütün parametlər görsənir”.
Həkim əlavə edib ki, irsi, genetik anemiyalar da var. Bu zaman heç də etmək olmur:
“Amma kimdəsə dəmir çatışmazlığı və ya B12 vitamini az olduğu üçün anemiya xəsətliyi olur. Bunun üçün də vaxtında müalicə prosedurlarını yerinə yetirmək lazımdır.
Düzgün və keyfiyyətli qidalanma olduqca vacibdir. Qida bütün dünya ölkələrinin prioritetidir. Son illər çox ciddi təhlüklələr var, həyəcan təbili çalınır, hətta Ümumdünya Səhiyyə Təşkilatı öz məlumatlarını bütün ölkələrə verir. Keyfiyyətli qida məhsulları günbəgün azalır. Tərkibində dəmirlə zəngin qida maddələri var.
Bu qidaların qəbulu çox vacibdir. Xüsusilə böyüyən orqanizmin lazımlı və keyfiyyətli qidaları qəbul etməsi əsas faktdır. Bu zaman uşaqlarda anemiya və digər xəstəliklərin aşkarlanması aradan qalxa bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm