
Xaçatryanın cəzası azaldıla bilər?
Yusif Nəzərli
13:08 25.12.2023
Gündəm
577
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
İş üzrə məhkəmə baxışı 2024-cü ilin yanvarın 7-nə təyin edilib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vaqif Xaçatryan 15 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Qeyd edək ki, 1991-ci ildə baş verən Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Vaqif Xaçatryanın etdiyi cinayətlərə görə cəzası daha ağır olmalı idi:

“Azərbaycan hüquqi, demokratik dövlətdir və hərkəsin konsitutusiya ilə verilən hüquqları var. Burada söhbət yalnız Azərbaycan vətəndaşlarından getmir. Azərbaycan ərazisində cinayət törədən şəxslər də məhkəmələrin bir neçə pilləli olmasını nəzərə alaraq şikayət etmək hüququna malikdirlər. Xaçataryan nə qədər böyük cinayət törətsə və çox ağır maddələrlə ittiham olunsa da, ona qarşı birinci instansiya məhkəməsi tərəfindən verilən qərardan şikayət etmək hüququ var. O, sözügedən hüququndan istifadə edərək cəzasının azaldılması üçün apelasiya məhkəməsinə müraciət edib. Azərbaycan cəmiyyətində ona ömürlük cəza veriləcəyi ilə bağlı xəbər yayılırdı. Onun ən ağır cəzalarla üzləşməsini istəmək barədə haqlıdırlar. Amma Azərbaycan Məhkəməsində yaşın 65 dən yuxarı olması, eyni zamanda cinayətin törədildiyi dövrdə qüvvədə olan qanunlar nəzərə alınır. Vaqif Xaçataryanın törətdiyi cinayət əməlləri həmin zamanda qanunvericilikdə hansı sanksiyaları nəzərdə tuturdusa, ondan artığını vermək olmur. Bu baxımdan Azərbaycan Məhkəmələri tərəfindən Vaqif Xaçataryana verilən cəza tam qanuna uyğunlaşdırılan qərardır. Amma cəzanın Apelasiya Məhkəməsində azaldılması ehtimalı sıfıra bərabərdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya