Ekspert bildirib ki, bu dəfə Zəfər Günü 23 saatlıq lokal antiterror əməliyyatının Qarabağdakı separatçı rejimin ləğvi ilə nəticələnməsindən sonra ilk dəfə qeyd olunur:
Xankəndidə Zəfər sədası: Təki xalqımıza hər zaman bayram sevincləri nəsib olsun!
14:19 08.11.2023
Gündəm
430
"Xalqımız və dövlətimiz 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin 3-cü ildönümünü qeyd edir. Ancaq budəfəki Zəfər Günü əvvəlkilərdən çox önəmli bir cəhəti ilə fərqlənir".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Əlisahib Hüseynov deyib.
Ekspert bildirib ki, bu dəfə Zəfər Günü 23 saatlıq lokal antiterror əməliyyatının Qarabağdakı separatçı rejimin ləğvi ilə nəticələnməsindən sonra ilk dəfə qeyd olunur: "Eləcə də torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk dəfə Xan şəhərimizdə - Xankəndidə Zəfər paradı keçirilir. Zəfər Gününün üçüncü ildönümü və Xankəndidə ilk Zəfər paradı keçirilməsi münasibətilə əziz xalqımızı, qalib Ordumuzu və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi ürəkdən təbrik edir, ölkəmizə hər zaman böyük uğurlara imza atmağı diləyirik. Minlərlə Azərbaycan övladının canı və qanı bahasına qazanılmış Zəfər Gününü təntənə ilə qeyd etməyə haqqımız çatır. Çünki 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə taleyimizi dəyişdi və nəticədə milli bayramlarımızın sırasına möhtəşəm bir bayram – Zəfər Günü də əlavə olundu. Əlbəttə, 30 il həsrətlə gözlədiyimiz və bu gün xalqımızın sevinclə qeyd etdiyi bu Qələbə asan başa gəlmədi. Xalqımızın birliyi və həmrəyliyindən güc alan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji zəkasına və sərkərdəliyinə əsaslanan Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində təcavüzkar Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman hərbçilərimizin şücaəti, qazilərimizin rəşadəti və şəhidlərimizin qanı sayəsində tarixi ədalət bərpa olundu, bütün dünya Azərbaycan xalqının yurd sevgisinə, Azərbaycan hərbçisinin döyüş ruhuna şahidlik etdi".
Ə.Hüseynov vurğulayıb ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərinin separatizmin tam çöküşü və suverenliyimizin bərpası ilə nəticələnməsi də bir daha onu göstərdi ki, tarixi ədaləti bərpa etmək səylərimizin qarşısını heç bir qüvvə ala bilməz:
"Həm 44 günlük Vətən müharibəsinin, həm də antiterror əməliyyatının Qələbəmizlə yekunlaşmasında şəhidlərimizin, qazilərimizin fədakarlığını da xüsusilə qeyd etməliyik. Onlar ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda öz can və qanlarını fəda etməklə tarix yazdılar. Biz 8 Noyabr – Zəfər Günündə müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edir, onların ruhlarına Allahdan rəhmət diləyirik. Qədirbilən xalqımız şəhidlərimizin, qazilərimizin fədakarlığını heç vaxt unutmayacaq! Azərbaycan durduqca bu Zəfərin qazanılmasında töhfəsi, əməyi olan hər kəs şükranlıq və minnətdarlıq hissilə xatırlanacaq! Xalqımız Zəfər günlərinin bayram sevincini yaşamağı düz 30 il həsrətlə gözləyib. Budur, artıq 3 ildir ki, biz qalib xalq kimi yaşayırıq. İndi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz Xalqının, öz Ordusunun və öz Liderinin Qələbəsi ilə öyünür. Bu gün bütün xalqımız bir araya gəlib bayram tədbirləri keçirir. Təki xalqımıza hər zaman bayram sevincləri nəsib olsun! Zəfər Günümüz mübarək olsun!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm