Xəlil Sisse: “QH-yə sədrliyi çərçivəsində təşəbbüslərinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”
Yusif Nəzərli
09:07 18.05.2023
Gündəm
568
“Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslərə görə Azərbaycan xalqına və xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Bunu "Report"a Malinin inkişafı üçün yeni təşəbbüs olan NIDEM Mərkəzinin prezidenti Xəlil Sisse deyib.
"Qoşulmama Hərəkatı kimi platformalar vasitəsilə Afrika ölkələri inkişaf edə, səslərini eşitdirə bilərlər. Çoxtərəflilik dedikdə ölkələr arasında əməkdaşlığı nəzərdə tuturuq. QH Afrika ölkələrinin problemlərinin həll oluna bildiyi çox mühüm platformadır”.
X.Sisse Afrikada qloballaşmanın nə olduğunu anlayanların sayının az olduğunu bildirib. Ekspert əlavə edib ki, qloballaşma kimi nəhəng prosesdə Afrika ölkələrinin rolu yalnız xammal tədarükündən ibarətdir.
"Afrika ölkələrində anlayırlar ki, onların inkişafına mane olan məhz qloballaşmadır. İnkişaf etmək üçün bizə hörmət edən, açıq və bərabərhüquqlu əməkdaşlığa hazır olan bərabərhüquqlu tərəfdaşlara ehtiyacımız var", - o deyib.
Mərkəz rəhbərinin sözlərinə görə, bu baxımdan, iştirakçı ölkələr arasında bərabərliyi və qardaşlığı təmin etdiyi üçün QH prinsipləri vacib əhəmiyyətə malikdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi