YAP nümayəndə heyəti İstanbulda Üsküdar bələdiyyəsində olub
Yusif Nəzərli
13:30 09.05.2023
Gündəm
367
Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti ilə İstanbulda Üsküdar bələdiyyəsinin başqanı Hilmi Türkmən arasında görüş keçirilib.
Bu barədə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir.
Görüşdə Milli Məclisin deputatları Nizami Səfərov, Aydın Mirzəzadə, Kəmaləddin Qafarov, Ceyhun Məmmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov iştirak ediblər.
Görüş zamanı Azərbaycan-Türkiyə, eləcə də hər iki ölkənin xalqları arasında dostluq və qardaşlıq münasibətlərindən söz açılıb.
Çıxış edən H.Türkmən bildirib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
O söyləyib ki, həm Azərbaycan, həm də Türkiyə pis günlərində də, yaxşı günlərində də hər zaman bir-birinin yanında olublar.
Qeyd edilib ki, məhz bu münasibətlər sırf dostluq və qardaşlıq əlaqələrindən irəli gələn məsələlərdəndir.
Görüş zamanı həm Türkiyənin, həm də Azərbaycanın inkişaf yolundan, həmçinin son illər əldə olunan nailiyyətlərdən söz açılıb.
Eyni zamanda Azərbaycanın Vətən müharibəsində göstərdiyi möhtəşəm qələbəsindən danışılıb və uzun illər işğal altında olan torpaqların azad olunmasının əhəmiyyətindən bəhs edilib.
Qeyd edilib ki, bütün bunlara həm döyüş meydanında, həm də siyasət masasında nail olunub.
Həmçinin İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi dəstəyindən söz açılıb.
Görüş zamanı üzərində Azərbaycanın işğaldan azad olunmuş rayon və şəhərlərinin adları əks edilmiş hədiyyə H.Türkmənə təqdim edilib.
Eyni zamanda H.Türkmən də Azərbaycan nümayəndə heyətinə hədiyyə təqdim edib.
Sonda xatirə fotosu çəkilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm