Yeni müharibə Ermənistan dövlətçiliyinin itirilməsidir - Deputat
16:40 08.11.2023
Gündəm
454
Bu baxımdan, Paşinyanın separatçıları dəstəkləməməsi anlaşılandır
"Nikol Paşinyan dəfələrlə Azərbaycanın, Qarabağ daxil ərazi bütövlüyünü tanıdığını rəsmən elan edib". Bu barədə millət vəkili Nəsib Məhəməliyev deyib. Deputatın sözlərinə görə, Baş nazir Paşinyan başa düşür ki, separatçıların fəallaşması hər şeydən əvvəl onun öz hakimiyyəti üçün ciddi təhlükələr törədir. "Son günlər katalikos başda olmaqla, erməni kilsəsinin, Qarabağ separatçılarının, revanş arzusu ilə yanan daşnak-millətçilərin, onların əlaltıları olan terror təşkilatlarının üzvlərinin fəallığı əhəmiyyətli dərəcədə artıb. Təbii ki, onlara havadarlıq edən xarici gücləri də unutmaq olmaz. Bütün bu qüvvələrin koordinasiyalı davranışları, Ermənistanın bir dövlət kimi varlığını təhlükə altına almaqla yanaşı, bütövlükdə regionda gərginliyi artırır. Bu isə o deməkdir ki, iki xalq arasında düşmənçilik davam edəcək".
Parlament üzvü vurğulayıb ki, hazırda erməni cəmiyyətində ciddi parçalanmalar, qarşıdurmalar, müxtəlif siyasi qüvvələr arasında kəskin düşmənçilik müşahidə edilir: "ASALA terror təşkilatı Paşinyanı fiziki cəhətdən məhv edəcəyi ilə hədələyir. Ümumilikdə isə sadə xalq yeni müharibənin baş verməsindən çəkinir. Yeni müharibə Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnə bilər. Bu baxımdan, Paşinyanın separatçıları dəstəkləməməsi anlaşılandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm