"Yol Polisinə dəstək" qrupları yaradıldı: Könüllülərin köməyi effekt verəcək - RƏY
Fidan Həmişəyeva
12:47 18.10.2019
Gündəm
1295
Ölkəmizdə “Yol polisinə dəstək” qrupları yaradılır. Qrupların yaradılması, ölkəmizdə təşəkkül tapmış könüllülər hərəkatının imkanlarının qiymətləndirilməsi, onların yol hərəkətinin təhlükəsizliyi ilə bağlı təbliğat-təşviqat xarakterli tədbirlərə cəlb edilməsi bu qəbildən olan tədbirlərdəndir.
Təkcə paytaxt ərazisində deyil, ölkənin ayrı-ayrı bölğələrini də əhatə edən bu tədbirlərdən daha biri DİN BDYPİ-nin bilavasitə dəstəyi ilə Salyan rayon könüllülərinin təqdimatında baş tutub. Bu dəfə təbliğatçı qismində DYP əməkdaşları deyil, könüllülər çıxış edib.
“Yol Polisinə dəstək” qrupları ilə bağlı fikirlərini Sherg.az-la bölüşən “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı qrupların yaradılması ideyasının müəllifi olduğunu deyib.
Ekspert yol polisinə dəstək qruplarının yaradılmasının çox effektiv olacağını düşünür:
“Yol polisinə dəstək qrupunun yaradılması nədən qaynaqlandı? Artıq Azərbaycanda könüllülər sistemi fəaliyyət göstərir. Məslən "ASAN könüllülər", Bakı Nəqliyyat Agentliyinin könüllüləri və.s qeydə edə bilərik. Biz də bu olanlardan həvəsləndik və düşündük ki, yol polislərinin də könüllüləri, dəstəkçiləri olsun. Layihəni hazırladıq və mən Bakı şəhər DYP-yə təqdim etdim. DYP rəhbərliyi də sağolsun ki, bu layihəni çox yaxşı qarşıladı və layihə təsdiqləndi. Artıq ilk addımlar da atılıb”.
E. Muradlı layihənin çox faydalı olduğunu, bu aksiyanın digər rayon və bölgələrdə həyata keçirilməsinin mümkünlüyün diqqətə çatdırdı:
“Müxtəlif bölgələrdən olan gənclər də, bu, layihəyə meyillənsələr, yol polisi onları da dəstəkləyər. Ümumilikdə məsələnin əsas mahiyyəti təbliğat işlərinin gücləndirilməsidir. Təbliğat işlərinin həyata keçirilməsində cəmiyyətin də rolu olmalıdır. Çünki cənab Prezident özü dəflərlə çıxışında bildirib ki, dövlətin idarə edilməsində mütləq cəmiyyətin də rolu olmalıdır. İnsanları bu sahəyə cəlb etmək lazımdır. Biz də bunlardan nəticə çıxaraq belə bir layihəni həyata keçirdik. Ümid edirəm ki, layihənin faydası da böyük olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi