Zəhərləyib öldürdük: Balıq üzünə həsrət qalmağımız təbiidir
Fidan Həmişəyeva
13:05 12.10.2019
Gündəm
855
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeməli balıqların sayının az olması ilə bağlı həyəcan təbili çalıb. Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib ki, Azərbaycan xalqı balıqsevən xalq olsa da, süfrələrdə yemək üçün balıq tapılmır.
Departament direktorunun sözlərinə görə, Azərbaycanda il ərzində adambaşına düşən balıq məhsullarından istifadə çəkisi 3-4 kq təşkil edir:
"Halbuki bu göstərici dünyanın bir sıra ölkələrində 20 kq, Asiya ölkələrində isə hətta 40 kq təşkil edir. Biz bu sahədə müəyyən işlər görməli, balıq məhsullarından istifadənin miqdarının artırılmasına çalışmalıyıq".
Məsələ ilə bağlı Sherg.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Azərbaycan balıqların artırılması üçün kifayət qədər su hövzələri var:
“Əslində Azərbaycan xalqı balıq üzünə həsrət qalmalıdır. Uzun illər öncə Sabirabad rayonundan müəllim işləyirdim. O zaman gördüm ki, mexanizator böyük su hövzəsinə zəhər töküb. Məqsəd çoxlu sayda balıq tutmaq idi. Bu məsələyə görə böyük mübahisə elədim və az qaldılar ki, məni tutsunlar. Amma bu iş yenə də davam edir. Ümumiyyətlə, Sabirabad və Muğan zonasında çoxlu sayda axma su hövzələri var. Ölkəmiz balıq ilə çox zəngin idi. Amma bu cür işlərə əl ataraq mexanizatorlar vasitəsilə su hövzələrini zəhərlədilər. Nəticədə balıq tapılmaz vəziyyətdədir. Bu problemin ölkəmizdə olmaması üçün müəyyən işlər görməliyik”.
E.Hüseynov bildirdi ki, Azərbaycanda balıq artırmaq üçün çoxlu sayda su hövzələri var:
“Əhalinin mədəniyyətini artırmaq lazımdır. Həmin su hövzələrinə balaca balıqlar buraxılarsa, 2 il ərzində çoxlu sayda və təbii yolla balıqlar artar. Sabirabad, Saatlı, İmişli zonalarında bu prosesi daha yaxşı həyata keçirmək mümkündür. Balıq hövzələrində təbii balıq artırmaq üçün ilk növbədə əhalinin balığı zəhərləmə mədəniyyətsizliyinə son qoyulmalıdır. Bələdiyyələr, sahə müvəkkilləri, din xadimləri ictimaiyyət iş aparmalıdırlar. Hazır su hövzələrimiz çoxdur. Həmçinin süni balıq artımını da həyata keçirmək mümkündür. Lakin Nefçaladan bizə çoxlu sayda şikayət gəlib. Şikayətdə bildirilir ki, orada süni balıq yetişdirilən yerlədə bu prosesin qarşısını alırlar. Birdəfəlik olaraq bəzi yerlərə süni balıq artırmaq üçün hüquqi status verilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region