Zelenski: Ukrayna üzrə növbəti görüş Türkiyədə keçirilə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna üzrə növbəti üçtərəfli görüşün BƏƏ, İsveçrə, Türkiyə və ya digər ölkələrdə keçirilə biləcəyini bildirib.

Sherg.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, görüşdə enerji və taxıl ixracı məsələləri müzakirə olunacaq. Əsas prioritet isə humanitar məsələlər, xüsusilə əsir mübadiləsi olacaq.

Qeyd edək ki, Rusiya daha əvvəl Moskva, Vaşinqton və Kiyev arasında danışıqların bərpasını istisna etmədiyini açıqlayıb.