Zelenskinin təyyarəsi Moldovada PUA ilə vurulma təhlükəsi ilə üzləşib

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən pilotsuz uçuş aparatının hücumu təhlükəsi ilə üzləşib.

Teleqraf xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe bildirib.

“Onun təyyarəsi Moldovadan havaya qalxarkən az qala pilotsuz uçuş aparatı ilə vurulacaqdı. Zelenskinin üzləşdiyi reallıq budur”, – Störe deyib.

Xatırladaq ki, Zelenski Norveç Kralı Haraldın dəfn mərasimində iştirak etmək üçün Osloya səfər edib.

Səfər çərçivəsində Ukrayna Prezidenti Norveçin Baş naziri Yonas Qar Störe ilə də görüşüb. Tərəflər Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini, o cümlədən “Patriot” sistemləri üçün raket-interseptorların tədarükünü müzakirə ediblər.