Sabirabadda qəza: 6 nəfər xəsarət alıb

Sabirabadda baş vermiş avtomobil qəzasında sürücülər və sərnişinlər xəsarət alıb.

APA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Şıxsalahlı kəndindən keçən hissəsində qeydə alınıb.
Sabirabad sakini, 1987-ci il təvəllüdlü Vəliyev Dilqəm Oruc oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Şirvan sakini, 1987-ci il təvəllüdlü Baxşiyev İlham Əli oğlunun idarə etdiyi "QAZ3110" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və avtomobillərdə olan sərnişinlər -Şirvan sakinləri, 2001-ci il təvəllüdlü Qarayev Ramal İlkin oğlu, 2005-ci il təvəllüdlü Qədirov Rəşad Emin oğlu, Qaratoğay kənd sakini, 1957-ci il təvəllüdlü, Kazımov Lazım Hüseyn oğlu və2002-ci il təvəllüdlü Qədirov Səmid İlqar oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Sonuncunun vəziyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.