Göygöldə faciə: 2 gənc göldə batdı (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi (FHN) Göygöldə batan yeniyetmələr barədə məlumat yayıb.
FHN-nin saytının verdiyi məlumata görə, Gəncəçay çayının Göygöl şəhərindən keçən hissəsində batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Səfərov Akif Arzu oğlu və 2007-ci il təvəllüdlü Rzayev Ruzgar Famil oğlunun axtarışları başa çatıb.
A.Səfərovun və R.Rzayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

13:57
Göygöldə göldə batan gənclərin adları məlum olub.

APA -nın yerli bürosunun məlumatına görə bunlar rayon sakinləri 15 yaşlı Rzayev Ruzigar və 22 yaşlı Səfərov Elgündür.Onları meyitləri göldən çıxarılaraq aidiyyatı orqanları təhvil verilib
Hadisə rayonun Platina adlanan ərazidə qeydə alınıb. Göldə çimən 2 gənc batıb.