Yenə yol qəzası: Piyada hadisə yerində öldü

Xırdalanda avtomobil piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 8-də saat 13 radələrində baş verib.

Bakı şəhər sakini Y.Zərbalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Rasim Hüseynovu vurub, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.