Ağstafada yol qəzası olub, xəsarət alanlar var


Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəsarət alan Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Münazim Mikayılova və Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Nizam Yusifov xəstəxanaya aparılıb. 

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır .