Quş sürüsüylə toqquşan 234 nəfərlik sərnişin təyyarəsi xilas oldu: Pilot qəhrəman elan edildi


Rusiyanın paytaxtı Moskvada bir sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra quş sürüsünə çırpılıb və tarlaya təcili eniş etmək məcburiyyətində qalıb.






Ural Hava yollarına məxsus “Airbus 321” tipli sərnişin təyyarəsi Moskovadan Krımdakı Simferopol şəhərinə uçurmuş.Şirkət, Zukovski Hava limanından qalxan 234 nəfərlik sərnişin təyyarəsinin iki mühərrikinə də quşların girdiyini açıqlayıb.Sherg.az türk mediasına istinadən xəbər verir ki, “U 6178” saylı təyyarə təxminən bir kilometr məsafədən geri dönüb.Rus mediasının yaydığı görüntülərdə təyyarənin hava limanının yaxınlığındakı bir qarğıdalı tarlasına endiyi görünür.“Reuters” xəbər agentliyi, təyyarəni sağ-salamat endirməyi bacaran pilotun Rusiyada qəhrəman elan edildiyini qeyd edib.




Mediadakı şərhlərdə, pilot Damir Yusupovun eniş komandası verilmədən 233 həyatı qurtardığı ifadə edilir.Təcili eniş nəticəsində sərnişinlər təyyarədən çıxarılıb, aralarında beş uşağın da olduğu 23 yaralı xəstəxanaya çatdırılıb.
“Interfax” xəbər agentliyi, yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirir.
Rəsmi televiziyaya danışan bir sərnişin havalandıqdan dərhal sonra təyyarənin sarsılmağa başladığını söyləyir:
"Beş saniyə sonra işıqlar yandı və təyyarə parlamağa başladı, yanıq qoxusu vardı. Sonra endik və hər kəs qaçdı".
Turan