Oğuz rayon sakini S.İslamovu münaqişə zəminində bıçaqla qətlə yetirmiş Şəki rayon sakini E.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 16-da Oğuz rayonunun Bucaq kəndi ərazisində Şəki rayon sakini E.Məmmədov münaqişə zəminində kənd sakini Siyavuş İslamovu bıçaqla qətlə yetirib.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.