Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb.
"Sherg az" APA-ya istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.
Belə ki, "Globus Plaza"ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub. Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, plazadan faktı təsdiqləyiblər. Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.