Şəkidə uşaq bağçasında yanğın olub

Şəkidə uşaq bağçasında yanğın olub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Baş Göynük kəndində ümumi sahəsi 400 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın zirzəmisində taxta tullantıları 120 m² sahədə yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.