Qarın ağrısı ilə xəstəxanaya aparıldı: 13 yaşlı uşaq həyatını itirdi


Türkiyənin Aydın şəhərinin Nazilli qəsəbəsində 13 yaşlı orta məktəb şagirdi Dilvin Ak, yüksək hərarət  və qarın ağrısı şikayətiylə xəstəxanaya aparıldə və orda da həyatını itirdi.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Akın ölümü ailəsi və yoldaşları başda olmaqla bütün sevənlərini kədərə boğdu.
Məlumata görə, 13 yaşlı Dilvin Ak, qarın ağrısı və yüksək hərarətlə qəsəbədəki xüsusi bir xəstəxanaya aparılıb. Burada müalicə altına alınan Dilvin həyatını itirib.

8-ci sinif şagirdi Dilvin Akı müayinə edən həkimlər onu reanimasiyada yatırdıblar. Gecə yarısı halı pisləşən Akın xüsusi tənəfüs aparatına qoşulsa da səhərə qarşı saat 05.00 radələrində keçinib. Həkimləri tərəfindən Nazilli Respublika Prokurorluğuna məlumat verilib və ölüm səbəbini təyin etmək üçün yarılması istənilib. Ailəsinin və həkimlərin şok olduğu ölüm hadisəsindən sonra Dilvinin bütün sevənləri kədərə qərq olub.

Turan