Yolda maraqlı anlar: Görənlər gözlərinə inana bilmədi


Malatyadan Trabzona aparılan 30 tonluq nəhəng buxar qazanı yolda görənləri çaşdırdı.

Trabzonda bir elektrik stansiyasında istifadə ediləcək nəhəng buxar qazanı, avtomobil yolu ilə Trabzona aparılmaq üçün yola çıxarılıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, gecələr daşınmasına icazə verilmədiyinə görə, iki gün əvvəl Malatyadan yola çıxan yük maşını qazanı 248 kilometr yol qət edib hələlik Sivasa çatdırıb. 






5 metr 80 santimetr genişliyində, 4 metr 30 santimetr yüksəkliyində və 17 metr uzunluğunda olan 30 ton ağırlığındakı qazanı yolda görənlər təəccüblərini gizlədə bilməyiblər. 



Nəhəng buxar qazanını daşıyan TIR-ın sürücüsü Səlim Dönməz deyin ki,  buna biyoelektrik stansiyası deyirlər: "Malatyadan Trabzon Bələdiyyəsinə gedir.  Bu zibildən elektrik çıxarılacaq. Dünən yola çıxdıq. Ehtimalla bazar günü çatacağıq.  Aparmaq çətin olur. Bəzi vətəndaşlar tələskənlik edir. Eskortumuz olduğu üçün telsizlərlə razılaşaraq koordinasiyalı bir şəkildə gedirik. Gecə apara bilmirik. 

Turan