Abşeronda villadan 400 min apardılar - Yeni il gecəsi oğurluq


Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.

Report xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.