Bakıda "Nissan" yanıb


Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.