İspaniya futbol klubunun məşqçisi koronavirusdan öldü

İspaniyanın “Atletiko Portande Alta” futbol klubunun 21 yaşlı məşqçisi Fransisko Qarsiya koronavirusdan ölüb. Bu barədə yerli “Marca” nəşri məlumat yayıb.
Klubun uşaq komandasının hazırlığı ilə məşğul olan Qarsiya həmçinin xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ancaq COVID-19 tapılana qədər ispan məşqçinin vəziyyəti stabil olub.

“O, dörd il idi ki, klubda idi. Uşaqları öz balası kimi sevirdi. O, futbolu xoşlayırdı. Hələ də onun öldüyünə inana bilmirik”, - deyə “Atletiko Portande Alta” futbol klubunun prezidenti Xose Buenyo bildirib.