Koronavirusa yoluxan ilk it öldü


Honkonqda koronavirusa yoluxan ilk it canını tapşırıb.

“Daily Mail” xəbər verir ki, it ötən ay xəstəliyə yoluxmuşdu. Martın 13-ü o xəstəlikdən sağalaraq evə buraxılıb.

Lakin martın 16-ı it gözlənilmədən ölüb. Qeyd etmək lazımdır ki, onun sahibi ölüm səbəbini müəyyən etmək üçün autopsiya keçirilməsindən imtina edib.