Türkiyədə koronavirusdan 3 nəfərin öldüyü açıqlanıb

Türkiyədə indiyədək koronavirusdan 3 nəfərin öldüyü açıqlanıb.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
O qeyd edib ki, koronavirusdan ölənlərdən biri də Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının sabiq komandanı, ordu generalı Aytaç Yalmandır.