Qubada baş verən yol qəzasında 3 nəfər xəsarət alıb


Martın 21-də Qubada baş verən yol qəzası nəticəsində üç nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı avtomaşınla "NAZ Lifan" markalı maşın toqquşub. Qəzadan sonra " VAZ 2106" markalı nəqliyyat vasitəsi iki yerə bölünüb.

Qəza nəticəsində xəsarət alanlar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.