İsveçdə daha bir azərbaycanlı koronadan öldü - Foto


İsveçdə daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand məlumat yayıb.

O qeyd edib ki, dünyasını dəyişən şəxs Azərbaycan vətəndaşı olan 1961-ci il təvəllüdlü Məhərrəm Ağamirzə oğlu Hüseynovdur.

Neftçala rayonundan olan M.Hüseynov Stokholmda ötən gün xəstəxanada dünyasını dəyişib. Ailəsi mərhumun Vətəndə dəfn olunmasını istəyir.

N.Hollenbrandın sözlərinə görə, İsveçdə 47 yaşlı daha bir azərbaycanlı koronavirus diaqnozu ilə xəstəxanada yatır.

Qeyd edək ki, Stokholmda yaşayan 22 yaşlı azərbaycanlı gənc aprelin sonunda koronavirus pandemiyasından vəfat etmişdi.