Azərbaycanda tibb işçisi koronavirusdan vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, Gəncə 3 nömrəli Təcili Tibbi Yardım xəstəxanasının həkimi, tibb sahəsində bacarığı və savadı ilə insanlara şəfa verən gözəl insan Cəmşid Abbasov vəfat edib.
Bir müddət əvvəl koronavirusa yoluxan və Bakı şəhərindəki ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilən Cəmşid Abbasovun həyatını xilas etmək mümkün olmayıb.