İsveçdə qan donduran hadisə yaşanıb. Polis qrupları altı aydır itkin düşən 17 yaşlı Wilma Anderssonu axtarırdılar. Ancaq gənc qızdan acı xəbər gəldi.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Andersson keçmiş sevgilisi tərəfindən baş kəsilmiş vəziyyətdə tapılıb.
Məlum olub ki, ölkədə yaşayan bir mühacir 17 yaşlı qızın başını kəsib və bədənini parçalayıb.
Wilma Andersson, 14 noyabrdan bəri itkin düşdüyü üçün İsveç polisi tərəfindən axtarılırdı.
Polis qrupları ilə yanaşı könüllülərdən ibarət bir qrup da aylarla Wilmanın izinə düşüblər.
Dəhşətli xəbər Wilmanın keçmiş sevgilisinin evindən gəlib, polis qrupları onun evində axtarış aparıb. İmmiqrantın mənzilindəki çamadanın içərisində alüminium folqa ilə əhatə olunmuş Wilma Anderssonun başı tapılıb.
Təhlükəsizlik qüvvələri açıqlayıb ki, gənc qızın cəsədi hələ də itkin kimi qeydiyyatdadır.
23 yaşı mühacirin qonşuları isə 14 noyabr axşamı qətl şübhəlisinin evindən qışqırıq səsləri eşitdiklərini və Wilma Anderssonun ölüm gününün də həmin axşamda baş verə biləcəyi qənaətinə gəliblər.
Bundan əlavə, immiqrantın evindəki bıçaqlardan Wilmanın DNT-si tapılıb. Evdən Wilmanın kəsilmiş başından əlavə, dondurulmuş heyvan cəsədi də aşkarlanıb.
Hadisə ilə əlaqədar polisin sorğu- sallarına cavab verən mühacir sadəcə “Şərhi yoxdur” deyib. Mühacirin gənc qıza daha öncə "səni parçalayacağam" deyə mesaj göndərdiyi də müəyyən edilib.
Wilmanın ölümündən sonra onu sevən hər kəs xatirəsini yad etmək üçün evinin qarşısına çiçəklər və şamlar düzüblər.
Turan