Bakıda gənc qız niyə intihar etmək istədi?- SƏBƏB - YENİLƏNİB

Bakıda intihara cəhd hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Hadisə şahidlərinin Lent.az -a dediklərinə görə, adı hələ ki açıqlanmayan 21 yaşlı qızın bu addımı atmasına ailə məsələləri səbəb olub. Bildirilir ki, ailəsi onu sevdiyi oğlana vermədiyi üçün intihar etmək istəyib.

***

Saat: 12:50

Bakıda intihara cəhd edən qadın xilas edilib.

***

saat 12:32

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda intihara cəhdlə bağlı məlumat yayıb.

Lent.az -ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvfiq xilasetmə qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

12:25

Bakıda qadın intihara cəhd edir.

APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb. Naməlum qadın körpüyə çıxaraq intahar edəcəyini bildirib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları və xilasedicilər gəlib.