Göygöldə bir ailənin qəzaya düşmüş üzvlərinin kimliyi bilinib


Göygöldə yol-nəqliyyat hadisəsində ölən və yaralıların kimliyi bilinib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanından məlumat verilib.

Qəza zamanı 1988-ci il təvəllüdlü Goranboy rayonun Ağamalı kənd sakini sürücü Novruzov Elməddin Razim oğlu yaralanıb. Onun arvadı, 1991-ci il təvəllüdlü Namazova Dürdanə Rəfi qızı ölüb. 1959-cu il təvəllüdlü Namazova Gülnaz məsim qızı yaralanıb.

Bir qadın da xəsarət alıb. Onun kimliyi müəyyənləşdirilir.