Dayə işlədiyi evdən 13 min manat oğurladı

Bakıda evdən oğurluq edilib.
"Sherg.az"ın məlumatına görə, polisə müraciət edən vətəndaş bildirib ki, ötən ilin mart ayından bu ilin mart ayınadək evindən 13 min manat pul oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşları hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə evdən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini, 47 yaşlı Sevda Ayvazova saxlanılıb.
Araşdırma zamanı S.Ayvazovanın həmin evdə dayə işlədiyi məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.