Bakıda 22 yaşlı gənc özünü bıçaqladı

Bakıda 22 yaşlı gənc özünə xəsarət yetirib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Rəhmanzadə küçəsi, ev 23-də qeydə alınıb.
Həmin ünvanda yaşayan 1998-ci il təvəllüdlü Elnur Qulamov özünə qarın nayihəsindən kəsici-deşici alətlə xəsarətlər yetirib. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.