3-cü mərtəbədən yıxıldı: hər iki ayağı...

Şirvan sakini 3-cü mərtəbədən yıxılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1981-ci il təvəllüdlü Dəmirov Famil Ramin oğlu yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Yaralı hər iki ayağının topuğunun çoxsaylı qəlpəli sınığı ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.