Xəbər verdiyimiz kimi avqustun 11-də tanınmış müğənni Şəbnəm Tovuzlunun xalası oğlu, 22 yaşlı Pünhan Rzayev intihar edib. Hadisə Gəncə şəhərindəki Metallurq stadionunda baş verib. P.Rzayev özünü stadiondakı yarımtikilidən asıb. Faktla bağlı araşdırma aparılır.
Hadisənin səbəbi ilə bağlı “Sherg.az”a danışan müğənninin adının çəkilməsini istəməyən prodüseri bunları söyləyib.
“Deyəsən, borcu var imiş. Bu səbəbdən də onu “sıxıblar”. O da heç kimə deməyib“.