Abşeronda quyuya düşən heyvan xilas edilib


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Mehdiabad qəsəbəsində heyvan faktorunun (at) dərinliyi təqribən 3 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Sherg.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.