Zəhərlənən 23 yaşlı oğlan xəstəxanada öldü

İmişli rayonunda zəhərlənən şəxs reanimasiya şöbəsində dünyasını dəyişib.

Sherg.az APA-ya istinadən bildirir ki, sirkə turşusundan zəhərlənən İmişli rayonun Qaradonlu kənd sakini, 1998-ci il təvəllüdlü Mehdizadə Vahib Abdulhüseyn oğlu xəstəxanada ölüb.

Qeyd edək ki, 23 yaşlı gənc qida borusunun və mədənin kimyəvi yanığı diaqnozu ilə ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.