Gəncədə baş verən qəzada iki qadın xəsarət alıb

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Şah İsmayl Xətai  prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı minik maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı avtomobildə olan 1926-cı il təvəllüdlü Məmmədova Səyarə və 1975-cı il təvəllüdlü Rzayeva Fəxriyə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.