Əczaçı həkimin xəttini oxuya bilməyib yanlış dərman verdi - Qadın ölümcül halda 

Çoxumuz həkimlərin yazdığı reseptləri oxuya bilmirik. Həkimlərin yazdıqlarını yalnız əczaçılar oxuya bilir. Əczaçılar da yazılanları  oxuya bilməyəndə bu,  xəstələrdə ciddi problemlərə səbəb ola bilir.  "Sherg.az" xəbər verir ki, sözügedən hadisə qardaş Türkiyədə baş verib. Belə ki, İstanbulda həkimin yazdığı resepti oxuya bilməyən əczaçı, xəstəyə səhv dərman verib. 5 gün ərzində səhv dərman istifadə edən qadın xəstəxanaya yerləşdirilib. Beləcə yanlış oxunan resept demək olar ki, xəstənin  həyatına son qoyacaqdı. Həkimlə əczaçı arasında yaşanan resept anlaşılmazlığı xəstənin halını daha da ağırlaşdırıb.
Xəstənin qəbul etdiyi səhv  dərmanlar ona əks təsir edib.  Tezliklə yaxşılaşması gözlənilən qadının müalicə prosesi bir az daha uzanıb.