Daha bir həkimimiz koronavirusdan vəfat etdi - FOTO


Azərbaycan Tibb Universitetinin müəllimi koronavirusdan vəfat edib.

Oxu.Az-ın məlumatına görə, Universitetin travmatologiya və ortopediya kafedrasının müəllimi, həkim Mehdi Cəfərov bir müddət əvvəl koronavirusa yoluxub.

Həkimlərin səylərinə baxmayaraq, o, bu gün səhər müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdə COVID-19 xəstəliyindən vəfat edib. 

Faktı Azərbaycan Tibb Universitetindən Oxu.Az-a təsdiqləyiblər.