Bakıda taxta tullantıları yanıb - FOTO

Bakıda yanğın olub.
APA-nın xəbərinə görə, Xətai rayonu, Zığ şossesi yaxınlığında açıq ərazidə təxminən 60 m² sahədə çəlləklər və taxta tullantıları yanıb. 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, qısa zamanda yanğın söndürülərək alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.