Bakıda qəzada yaralananların adları məlum oldu - YENİLƏNİB 

Heydər Əliyev prospektində baş verən ağır yol qəzasında xəsarət alan iki nəfərin şəxsiyyəti məlum olub.

“Report”un məlumatına görə, üç avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Nemət Rasim oğlu, 1982-ci il təvəllüdlü Kazım Quliyev və Verdiyev Samir Sahib oğlu xəsarət alıb.

Ə. Nemətə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Q. Kazıma isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.