Tovuzda maşın aşdı: Xəsarət alanlar var

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.  

APA-nın məlumatına görə, hadisə rayonun Şamlıq kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Şamlıq kənd sakini, 2002-ci il təvəllüdlü Mustafayev Nağı Xalıxverdi oğlu, onun qardaşı, 1998-ci il təvəllüdlü Mustafayev Vüsal Xalıxverdi oğlu, Çataq kənd sakini, 2003-ci il təvəllüdlü Xəlilov Tanrıverdi Elxan oğlu və Yanıqlı kənd sakini, 1986-cı il təvəllüdlü Qarayev Gündüz Vaqif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.