Koronavirus xəstələri ictimai yerlərdə saxlanıldılar

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 21-də respublika ərazisində üç nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

"Sherg.az"ın məlumatına görə bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. 

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə xəstəxanaya yerləşdirib.

Barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.