Polisi bıçaqla öldürdü

Fransada bir vətəndaş tərəfindən polis məmuruna bıçaqla hücum edilib.
"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, polis hadisə nəticəsində ölüb.
Daxili İşlər Naziri Gerald Darman "Twitter" hesabında polisin Rambouillet şəhərindəki polis bölməsində öldüyünü bildirib.
Cinayətkar bölmədəki digər polis əməkdaşları tərəfindən vurularaq yaralanıb, vəziyyətinin ağır olduğu deyilir.