Azərbaycanlı məşhurun ailəsində DƏHŞƏT: Özü, xanımı və 2 qızı öldü

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev, xanımı Fəridə və qızı Təravət bir müddət əvvəl koronovirus infeksiyasından vəfat edib.
Tarzənin digər qızı Hökümə də bu gün Covid-19-dan dünyasını dəyişib. Bu haqda ailənin yaxınları məlumat verib. Bildirilib ki, Hökümə ilə yanaşı bu gün onun qayınanası Səriyyə xanım da virusdan vəfat edib.

Hökümə ailəlidir, onun iki qız, bir oğul övladı var.

Qeyd edək ki, Hökümə bir neçə həftə əvvəl axşam.az-a açıqlamasında atasının, anasının və bacısının vəfatından danışmışdı.