Yevlaxda avtomobil 11 yaşlı qızı vuraraq öldürüb


Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində 7 saylı tam orta məktəbin yaxınlığında baş verib.

“VAZ” markalı avtomobil 2009-cu il təvəllüdlü şəhər sakini Şahverdili Zəhra Elbrus qızını vuraraq öldürüb.