Tanınmış tarzənin digər qızı da koronovirusdan öldü

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev, xanımı Fəridə və qızı Təravət bir müddət əvvəl koronovirus infeksiyasından vəfat edib.

 Axşam.az-ın məlumatına görə, tarzənin digər qızı Hökümə də dünən COVİD -19-dan dünyasını dəyişib. Bu haqda ailənin yaxınları məlumat verib. Bildirilib ki, Hökümə ilə yanaşı bu gün onun qayınanası Səriyyə xanım da virusdan vəfat edib.
Hökümə ailəlidir, onun iki qız, bir oğul övladı var.

Qeyd edək ki, Hökümə bir neçə həftə əvvəl açıqlamasında atasının, anasının və bacısının vəfatından danışmışdı.